Azərbaycan Rusiyadan hindtoyuğu ətinin alışını kəskin artırdı

media-hightechnic-468x90

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 2,5 milyon ABŞ dolları dəyərində 1 265 ton hindtoyuğu əti (təzə və ya soyudulmuş, dondurulmuş) idxal edib.

Yenicag.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 1,5 %, kəmiyyət olaraq – 41 % azdır.

Hesabat dövründə Azərbaycan Rusiyadan 1,4 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 96 % çox) 505,1 ton (+80 %), Braziliyadan 699 min ABŞ dolları dəyərində (+5,6 %) 571,4 ton (-30 %), Portuqaliyadan 182,3 min ABŞ dolları dəyərində (-59 %) 121,6 ton (-59 %), Qazaxıstandan 92,1 min ABŞ dolları dəyərində 36,2 ton (1 il əvvəl tədarük olmayıb), İordaniyadan 66,7 min ABŞ dolları dəyərində (+2 dəfə) 6,6 ton (+84 %) məhsul alıb.

2024-cü ildə Azərbaycana idxal edilmiş 3,95 milyon ABŞ dollarlıq hindtoyuğu ətinin 35 %-i Rusiyanın, 26 %-i Braziliyanın, 16 %-i Kanadanın payına düşüb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 27.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa