Reklam: High Technic
hightechnic

“Azərbaycan tarixini yaşadanlar” – Cümhuriyyətlə bağlı film təqdim olundu

“Talk TV” Azərbaycan internet televiziyası Cümhuriyyətin 100 illiyi ilə bağlı hazırladığı “Azərbaycan tarixini yaşadanlar” qısametrajlı filmini təqdim edib. Təqdimat mərasimi Beynəlxalq Mətbuat Mərkəzində (BMM) baş tutub. Tədbirdə media nümayəndələri və digər qonaqlar iştirak edib.

Tədbiri giriş sözü ilə açan “Talk TV” Azərbaycan internet televiziyasının icraçı direktoru Mehriban Sadıqova qonaqları salamlayaraq təqdim olunacaq film haqqında məlumat verdi.

Ardınca “Azərbaycan tarixini yaşadanlar” adlı film tədbir iştirakçılarına təqdim olundu.

Qısametrajlı film Cümhuriyyət dövrünü, işğal tarixini, Xalq Hərəkatını və müasir-müstəqil Azərbaycanın quruculuğunu ehtiva edir. Filmdə deputat Hikmət Babalıoğlu, Aydın Mirzəzadə, araşdırmaçı Nəsiman Yaqublu, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev və “Cümhuriyət” qəzetinin baş redaktoru Rəfail Becanov Cümhuriyyət tarixi və müstəqil Azərbaycanda dövlət quruculuğu ilə bağlı fikirlərini bölüşüb. Filmdə bu gün də Cümhuriyyət adını yaşadan müstəqil media qurumu olan “Cümhuriyət” qəzeti haqqında da söhbət açılır.
Film ümumilikdə Məmməd Əmin Rəsulzadə, Əbülfəz Elçibəy və Heydər Əliyevin Azərbaycan müstəqillik tarixində göstərdikləri fəaliyyətdən bəhs edir.

www.yenicag.az

681