Azərbaycan Türkmənistandan nümunə götürməlidir

media-hightechnic-468x90

dsawawewea“Hesab edirəm ki, Azərbaycan Türkmənistandan nümunə götürməlidir”

 

 

 

 

 

Bunu “Axar.az”ın Türkmənistanın Avro-5 standartı ilə bağlı sualını cavablandıran iqtisadçı ekspert Natiq Cəfərli bildirdi:   “Bilirsiniz, biz əsasən nefti xammal kimi ixrac edirik. Məncə, Türkmənistanın qəbul etdiyi bu qərar çox düzgündür. Çünki nefti son məhsul halına salıb satmaq daha sərfəlidir. Bu üsul daha çox gəlir gətirir. Digər məsələ isə neftimizin hasilatının azalması ilə bağlıdır. Hesab edirəm ki, Azərbaycan Türkmənistandan nümunə götürməlidir və nefti xammal kimi deyil, son məhsula keçirməklə satmağı düşünməlidir. Bu həm də daxili bazar üçün çox əhəmiyyətlidir”.   Azərbaycan cəmi 286 ton benzin ixrac edib.

 

İqtisadçı İlham Şaban isə hesab edir ki, Azərbaycanla Türkmənistan arasında fərqlər çoxdur: “Türkmənistanın Türkmənbaşı neft emalı kompleksi müasir bir kompleksdir və hazırda 3-cü modernləşmə mərhələsini keçir. Çox güman ki, bu ilin sonu, 2015-ci ilin əvvəllərində həmin mərhələ yekunlaşacaq. İşlər Cənubi Koreya və Malayziya şirkətləri tərəfindən həyata keçirilir. Proses bitdikdən sonra isə Avro-5 standartlarına uyğun yanacaq istehsal ediləcək. Amma bu Azərbaycanın neftinin dünya bazarına çıxarılmasına təsir göstərə bilməz. Birincisi ona görə ki, biz xam neft ixrac edirik, onların istehsal edəcəyi isə son məhsul olan dizeldir. Digər məsələ isə ölkələrimiz arasında fərqlə bağılıdır. Türkmənistanda avtomobil bizdəki qədər çox deyil. Azərbaycanda işlər daha çox daxili bazarın tələbatımı ödəmək üçün görülür. Amma Türkmənistanda istehsal edilən yanacağın bir qismi daxili bazara, digər hissəsi isə xarici bazara yönəldilir”.   Ekspert ARDNŞ-nin çox kiçik miqdarda dizel yanacağı ixrac etdiyini də qeyd etdi: “Hazırda Azərbaycan çox kiçik miqdarda dizel yanacağı ixrac edir. Bu, çox cüzi rəqəmdir. Dövlət Neft Şirkətinin fevral ayı üçün verdiyi rəqəmlərə görə, bu il cəmi 286 ton benzin ixrac edilib. Bu, təxminən 60 tonluq 6 sistern benzin deməkdir. Məncə, biz bir qonşu dövlət olaraq Türkmənistanın bu addımından bəhrələnə bilərik. Gələcəkdə 95 standartlı benzin idxal etmək imkanlarımız da böyükdür”.   Qeyd edək ki, Türkmənistan gələn ildən Türkmənbaşı neft emalı kompleksi vasitəsi ilə Avro-5 standartına uyğun dizel istehsal etməyi planlaşdırır. İstehsal ediləcək dizel yanacağının həcmi ildə 2,5 milyon ton olacaq. Bundan əlavə burda ildə 1,7 milyon ton benzin istehsalı ehtimalı da var.

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600