Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Azərbaycan üçün vacib və mühüm layihələr həyata keçiriləcək”

Ötən illər ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sahədə imzaladığı fərman və sərəncamlar dövlət – QHT münasibətlərinin inkişafın baxımından mühüm əhəmiyyət daşıyır.

Azərbaycanda fəaliyyət göstərən ilk milli donor institutu, dövlətin QHT sektoru sahəsində siyasətini həyata keçirən başlıca qurum olan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası əvvəlki illərdə olduğu kimi, 2016-cı ildə də dövlət və cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən ictimai problemlərin həllinə istiqamətlənən çoxsaylı vacib layihələri maliyyələşdirib.

Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2016-cı il “Multikulturalizm ili” elan olunmuşdur. Şuranın elan etdiyi müsabiqədə də bu mövzuda layihələrə xüsusi yer ayrılmışdır . Belə ki, 2016-cı il 1-ci və 2-ci qrant müsabiqələrində “İctimai əhəmiyyət kəsb edən müxtəlif məsələlərlə bağlı maarifləndirmə” istiqaməti üzrə “Multikultural Azərbaycan: dəyərlərin qorunması, təbliği və tanıdılması” mövzusunda 11 layihə icra olunub ki, ümumilikdə bunlara 101.000 AZN vəsait ayrılıb. QHT-nin icra etdiyi bu layihələr çərçivəsində multikultural dəyərlərin qorunmasında vətəndaş cəmiyyətinin iştirakı ilə müxtəlif seminarlar və təlimlər təşkil olunub. Layihələr əsasən “Gənclərə ölkədəki multikulturalizmi tanıtmaq mövzusunda tədbirlərin təşkili”, “Gənclərdə multikultural düşüncə dəyərlərinin formalaşdırılması aksiyalarının keçirilməsi”, “Tolerant Azərbaycanda dinlərarası dialoq və multikulturalizm: səyyar maarifçilik tədbirləri”, Sosial və internet mediada gənclərin multikulturalizmlə bağlı maarifləndirilməsi” , “Multikulturalizm həyat tərzimizdir”, “Azərbaycan multikulturalizminin tarixi sosial-mədəni və ideolojı baxımdan təbliği”, “Multikultural Azərbaycan: örnəklərin toplanması və xaricdə təbliği”, “İslamda multikultralizm” gənclər arasında” və digər mövzuları əhatə edib. Layihələr çərçivəsində 2 sosial çarx çəkilib, mətbuatda monitorinq aparılıb, yarışlar, rəsm sərgiləri təşkil olunub və sosial şəbəkələrdə kampaniyalar keçirilib. QHT-lər Şuranın dəstəyi ilə kitabçalar, köynəklər,bukletler, broşurlar, informatik plakatlar və flayerler hazırlayaraq nəşr edib.

Layihələr Bakıda və müxtəlif regionlarda (Astara, Balakən, Zaqatala, Qax, Şəki, Göyçay, İsmayıllı, Şirvan, Cəlilabad, Tovuz və s.) icra olunub.

İstehlakçıların maarifləndirilməsi və onların hüquqlarının qorunması ölkədə fəaliyyət göstərən bir çox QHT-nin maraq dairəsinə düşüb və təşkilatlar bu istiqamətdə də bir çox layihələr icra ediblər. 2016-cı ildə Şura tərəfindəni istehlakçıların maarifləndirilməsi və onların hüquqlarının qorunmasına dair təşəbbüslərə həsr olunmuş bir çox layihələrə qrant ayrılıb. Adıçəkilən istiqamət üzrə 6 layihəyə 48.000 AZN maliyyə dəstəyi verilib. Layihələrin icrasına 13 nəfər cəlb olunub. Adıçəkilən mövzuda televiziyada 5 veriliş hazırlanmışdır. Regionlarda 19 tədbir həyata keçirilmiş, bu istiqamət üzrə 1 kitab və digər çap məhsulları hazırlanıb.

Regional təhlükəsizlik qlobal təhlükəsizlik sisteminin mühüm tərkib hissəsi olmaqla bərabər, onun davamlılığını şərtləndirən mühüm amillərdəndir. İstənilən dövlətin təhlükəsizliyi hazırda geniş siyasi, iqtisadi və mədəni inteqrasiyaya məruz qalan dünyada beynəlxalq təhlükəsizlik anlayışından kənar təsəvvür edilə bilməz. Məhz bu baxımdan, təhlükəsizliyin qorunması problemi bir çox beynəlxalq təşkilatların nizamnamə və sənədlərində də əksini tapır.

Azərbaycan da regionun lider dövləti olaraq regional təhlükəsizlik məsələlərinə xüsusi diqqət və həssaslıqla yanaşır, bu istiqamətdə vacib işlər görür. Azərbaycan bölgədə və bütün dünyada məhz sülh və stabilliyin tərəfdar olmaqla Qafqaz regionununda təhlükəsizliyin etibarlı təminatı üçün əlindən gələni edir və müvafiq siyasəti davam etdirəcəyini dəfələrlə bəyan etməkdədir.

Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası özünün elan etdiyi maliyyə yardımı müsabiqəsində regional təhlükəsizlik mövzusunu prioritet istiqamət kimi göstərir və hər il QHT-lərə bu mövzuda qrant ayırır. 2016-cı il də istisna təşkil etməyib. Belə ki, Regional təhlükəsizlik məsələlərinə dair təşəbbüslərə həsr olunmuş layihələr üzrə uğurlu nəticələr əldə olunmuşdur. Bu istiqamət üzrə 3 layihəyə 20.000 AZN məbləğində maliyyələ ayrılıb. Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiyəsi İctimai Birliyi icra etdiyi layihə çərçivəsində “Ermənistandakı Metsamor AES – nın yarada biləcəyi fəsadlar və onların aradan qaldırılması yolları haqqında” geniş araşdırma apararaq ətraflı hesabat hazırlayıb. “Azərbaycan “Free Person” İnsan Hüquqları Müdafiəsi” İctimai Birliyi “Regional Təhlükəsizlik Məsələləri üzrə Xəzər dənizi hövzəsi QHT-lərinin onlayn əməkdaşlıq şəbəkəsi” layihəsi çərçivəsində Xəzər sahili ölkələr arasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsi istiqamətində görüşlər təşkil edilmiş, həmçinin QHT-lər arasında əməkdaşlıq və dialoqun gücləndirilməsi üçün www.caspiannetwork.org veb səhifəsi yaradılmışdır. “Uğurlu Gələcək Naminə” Gənclər İctimai Birliyi isə həyata keçiridiyi layihə çərçivəsində Metsamor Atom Elektrik Stansiyasının region üçün yaratdığı təhlükədən bəhs edən videoçarx hazırlayıb.

Bütün bu qeyd edilənlər onu deməyə əsas verir ki, qarşıdakı illərdə də dövlətimizin bilavasitə dəstəyi və qayğısı nəticəsində vətəndaş cəmiyyəti Azərbaycan üçün vacib və mühüm layihələri həyata keçirəcək, problemlərin həlli yolunda öz töhfələrini verəcəklər.

Rövşən Həmidov
Azərbaycan Respublikasının Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət
Dəstəyi Şurasının Katibliyinin aparıcı
məsləhətçisi
Yenicag.az

www.yenicag.az

719
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100