Azərbaycan və Dünya Bankı Qrupu nəqliyyat sahəsində əməkdaşlığı müzakirə etdilər

media-hightechnic-468x90

Azərbaycan və Dünya Bankı Qrupu nəqliyyat və logistika sahəsində əməkdaşlığı müzakirə edib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “X” hesabında paylaşım edib.

“Beynəlxalq Nəqliyyat Forumunun Sammiti çərçivəsində Dünya Bankı Qrupunun nəqliyyat və logistika üzrə direktoru Bertrand de la Borde ilə görüş keçirdik.

Görüşdə nəqliyyat sistemlərinin uzunmüddətli dayanıqlığı və gələcək tələblərə uyğun inkişafı üçün investisiya yanaşmalarını müzakirə etdik.

Beynəlxalq maliyyə institutları ilə tərəfdaşlığın rəqəmsal infrastrukturun genişləndirilməsi və iqtisadi dayanıqlığın gücləndirilməsi baxımından əhəmiyyətini qeyd etdik.

Eyni zamanda Bakı Beynəlxalq Dəniz Limanı, Orta Dəhlizin inkişafı və ölkəmizin tranzit-logistika potensialının artırılması istiqamətində görülən işlər ətrafında fikir mübadiləsi apardıq”, – paylaşımda qeyd edilib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05