Azərbaycan və Rusiya DİN-nin rəsmilərinin görüşü keçirilib

media-hightechnic-468x90

hjnhjlAzərbaycanla Rusiya Daxili İşlər Nazirliklərinin yüksək rütbəli şəxsləri Qubada toplaşıb.

Burada sərhədyanı ərazilərdə birgə fəaliyyətin əlaqələndirilməsi üzrə İşçi Qrupunun iclası keçirilib.

Daxili işlər nazirinin müavini Vilayət Eyvazov və Rusiya Daxili İşlər Nazirliyinin Şimali Qafqaz Federal Dairəsi üzrə Baş İdarəsinin rəis müavini İqor Romaşkin, eləcə də Dağıstanın daxili işlər naziri Abduraşid Maqomedov və hər iki ölkənin sərhəd rayonlarının polis rəisləri iştirak edib.

İclasda radikallıq, ekstremizm, terrorçuluq, narkotiklərin qeyri-qanuni dövriyyəsi, insan alveri kimi sahələrdə birgə mübarizə ilə bağlı sənəd imzalanıb(anspress).

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600