Azərbaycana 16 ölkədən qızıl idxal edildi

media-hightechnic-468x90

2025-ci ilin yanvar-fevral ayları ərzində Azərbaycana 1 milyard 422.1 milyon ABŞ dolları dəyərində 15 min 868.46 kiloqram qızıl idxal edilib.

Yenicag.az bu dövrdə ölkəyə gətirilən qızılın bir kiloqramının orta idxal qiyməti 89 min 614.7 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, bu ilin iki ayında Azərbaycanda qızıl istehsalı 478.3 kq təşkil edib. Bu dövrdə Azərbaycandan İsveçrəyə 40 milyon 170.4 min ABŞ dolları dəyərində 748.3 kq emal olunmamış qızıl ixrac edilib. Bu məhsulun bir kiloqramının orta ixrac qiyməti isə 53 682.9 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, ötən il Azərbaycana 11 ölkədən 3 milyard 312.9 milyon dolları dəyərində 41 min 78.4 kiloqram qızıl idxal edilib.

Aşağıdakı cədvəldə bu ilin iki ayında Azərbaycana idxal edilən qızılın ölkələr üzrə həcmi verilib:

Ölkələr

Qızıl idxalı,

kq-la

İdxal dəyəri,

min ABŞ dolları ilə

Rusiya 3 474.95 315 469.47
Avstraliya 2 828.87 241 331.88
Meksika 2 007.11 174 711.79
Çin 1 173.72 108 207.58
Böyük Britaniya 1 200.38 106 210.47
Kanada 966.58 91 674.07
Almaniya 1012.1 90 445.28
Türkiyə 959.78 88 713.07
Braziliya 896.79 81 970.85
Özbəkistan 397 37 239.16
İsveçrə 344.21 32 070.02
Amerika Birləşmiş Ştatları 261.14 22 747.1
Çinin xüsusi inzibati rayonu Honkonq 159.25 14 217.44
Cənubi Afrika Respublikası 100.48 9 233.64
İspaniya 48.16 4 252.43
Yaponiya 37.88 3 552.22

Əlavə edək ki, ölkəyə qızıl idxalı dedikdə, qızıldan yarımişlənmiş formalarda çubuqlar, məftil və profillər, lövhələr, istənilən altlıq nəzərə alınmadan qalınlığı 0.15 mm-dən çox olan vərəqlər, zolaqlar və ya lentlər nəzərdə tutulur.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600