“Azərbaycana qarşı aparılan bu qaralama kampaniyası, …”

media-hightechnic-468x90

550d7902944769e8c3bf8e934ab59cb3“Bəzi beynəlxalq dairələr idmandan da siyasi alət kimi istifadə etməyə çalışır”.

“Qarşıdan gələn Avropa Oyunları ilə bağlı beynəlxalq aləmdə bəzi dairələr tərəfindən Azərbaycana qarşı qərəzli qaralama kampaniyasına start verilib. Bu dairələr kampaniyanı daha çox öz nəzarətlərində olan media qurumları vasitəsilə həyata keçirirlər”.

Bunu Milli Məclisin sədr müavini Bahar Muradova Azərbaycanda səfərdə olan Türkiyənin media nümayəndələri ilə görüşündə deyib.

O, təəssüflə qeyd edib ki, bəzi beynəlxalq dairələr idmandan da siyasi alət kimi istifadə etməyə çalışırlar: “Bu, qəbulolunmazdır. Azərbaycana qarşı aparılan bu qaralama kampaniyası da heç cür qəbul oluna bilməz. Ona görə də hesab edirəm ki, həmin kampaniyaya qarşı bizim media da öz sözünü deməlidir. Bu məsələdə həm Azərbaycan, həm də qardaş Türkiyə mediası birgə fəaliyyət ortaya qoymalıdır. Bütün bunlara baxmayaraq, Azərbaycan ilk Avropa Oyunlarına uğurla ev sahibliyi edəcək”.

***

“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan Türkiyənin dəstəyinə daha çox bel bağlayır”.

Bunu Milli Məclis sədrinin müavini Bahar Muradova Türkiyənin bir qrup mətbuat nümayəndəsi ilə görüşündə deyib.

B. Muradova qeyd edib ki, Dağlıq Qarabağ və qondarma “erməni” soyqırımı məsələləri ölkə içində olduğu kimi, beynəlxalq arenada da Türkiyə və Azərbaycan mediasının birgə fəaliyyət proqramının müəyyənləşdirməsini tələb edir: “Son illər bu istiqamətdə ciddi fəaliyyət var. Dağlıq Qarabağ problemindən əziyyət çəkən ölkə kimi Azərbaycan problem haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Türkiyənin dəstəyinə çox bel bağlayır”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600