“Azərbaycana qarşı fitnəkar addımlardan çəkindirməlidir”
“Beynəlxalq cəmiyyət Ermənistanın Azərbaycana qarşı fitnəkar addımlardan çəkindirməlidir”.
Bunu Berlin Azad Universitetinin enerji siyasəti və diplomatiya üzrə dosenti Mattias Dornfeld deyib. Politoloq Azərbaycan mövqelərinə hücüm etməyə çalışmış erməni helikopteri təxribatını şərh edib.
Mütəxəssisin fikrincə, Dağlıq Qarabağ münaqişəsi ətrafındakı mövcud vəziyyət yeni pilləyə qədəm qoyub: “Erməni hərbçiləri Dağlıq Qarabağ və ətraf rayonlarda mövqelərini yaxşılaşdırmağa, həmçinin öz hərbi təsirlərinin radiusunu genişləndirməyə çalışırlar. Bu halda onlar Azərbaycan tərəfinin reaksiyasını yoxlayırlar”, – deyə politoloq söyləyib.
Politoloq hesab edir ki, cəbhənin təmas xəttində təhrikedici addımların atılması Ermənistanın Avrasiya inteqrasiya layihələrinə sürətli girişiylə izah oluna bilər:
“Avrasiya iqtisadi ittifaqına İəvanın inteqrasiyası ona belə hərəkətləri həyata keçirməkdə əminlik yaradır. Amma erməni rəhbərliyi unudur ki, onun siyasəti bu ittifaqların digər üzvlərinin xarici siyasi maraqlarına tam əksdir”, – deyə politoloq söyləyib.
Mattias Dornfeld Cənubi Qafqazda indiki kövrək vəziyyətin bütün əlaqədar tərəflərə zərər vurduğunu düşünür. Politoloqun sözlərinə görə, bunun üçün Rusiya, Avropa Birliyi və ABŞ arasında qarşılıqlı əməkdaşlıq lazımdır.