Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azərbaycanda 9 ayda 8 yeni körpü tikilib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 540 km avtomobil yolu, prospekt və küçə inşa edilib, yenidən qurulub və təmir edilib

Yenicag.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agnetliyinə istinadən xəbər verir.

Məlumata görə, bunun 103,5 km-i respublika əhəmiyyətli, 312,5 km-i yerli əhəmiyyətli, 124 km-i isə Bakıdakı yollardır.

9 ayda respublikanın avtomobil yollarında 8 yeni körpü tikilib ki, bunun da, 4-ü “Zəfər Yolu”nun üzərində, 4-ü isə İsmayıllı rayonunda yerləşir.

Hesabat dövründə Bakı şəhərində 2 yeni yerüstü piyada keçidi inşa edilib. Bunlar, Qala-Pirallahı avtomobil yolunun 3,6 km-də yerləşən 76,7 metr uzunluğunda,
Ziya Bünyadov prospektində 90 metr uzunluğunda piyada keçidləridir.

www.yenicag.az

114
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100