!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda bələdiyyə seçkiləri: Vətəndaşların marağı necə artırılmalıdır? – Deputat AÇIQLAYIR

!Reklam – Yazi

“Türkiyədə bələdiyyə insitutu xeyli inkişaf edib. Ona görə də hər hansı şəkildə bələdiyyə seçkilərinin keçirilməsi ilə bağlı orada olan qızğın seçki kampaniyaları bizdə müşahidə olunmur”. 

Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa deyib.

Partiya sədri cari ilin sonunda ölkədə keçirilməsi planlaşdırılan bələdiyyə seçkilərindən, habelə ötən gün Türkiyədə baş tutan seçkilərdən söz açıb.

Azərbaycanda da Türkiyədəki kimi seçkilərə olan marağın artırılması istiqamətində atılmalı olan addımlardan söz açan millət vəkili sözügedən məsələ ilə bağlı problemlərin həllindən danışıb:

“İlk növbədə, Azərbaycanda bələdiyyə insitutunu inkişaf etdirib, onun səlahiyyətini artırmaq lazımdır. Yəqin ki, bundan sonra bizdə də bu formada seçkilər olacaq. Lakin təəssüf ki, hələlik belə bir seçki sistemi bizdə yoxdur. Bu istiqamətdə müəyyən müzakirələrin getdiyini görürük. Eləcə də Milli Məclisdə də bu barədə danışılır. Məncə, Azərbaycandakı bələdiyyə seçkilərini hələlik Türkiyə ilə müqayisə etmək yersizdir. Yəqin gələcəkdə bu mövzu üzərində müzakirə aparmaq mümkündür”.

“Həqiqətən də dünən Türkiyədə çox gözəl bir seçki prosesi keçirildi və Türkiyə cəmiyyətinin seçkilərə olan həssaslığı və demokratik proseslərə bağlılığı bir daha özünü təsdiq etdi. Bütün bunlar sevindirici haldır və Türkiyənin demokratik islahatı üçün vacib olan bir hadisədir”, – deyə BQP lideri söyləyib.

Rafi Müslümov

COP29

www.yenicag.az

323
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv