Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azərbaycanda “Beyin mərkəzləri” şəbəkəsi yaradılır - FOTOLAR

Reklam: High Technic

Vətəndaş cəmiyyəti təmsilçilərinin bu istiqamətdə irəli sürdükləri təşəbbüs müsbət qarşılanıb.

Yenicag.az xəbər verir ki, bu gün “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi ABŞ-ın Pensilvaniya Universitetinin Menecment və Beynəlxalq Araşdırmalar üzrə Lauder İnstitutunun “Beyin Mərkəzləri (Think Tanks) və Vətəndaş Cəmiyyətləri” proqramının 200-dək ölkədə paralel olaraq keçiriləcək “Araşdırmalar mərkəzləri niyə vacibidir? (Why Think Tanks Matter)” mövzusunda vətəndaş cəmiyyəti təsisatları üçün dəyirmi masa keçirib.

Tədbirdə Azərbaycanda fəaliyyət göstərən araşdırma yönümlü vətəndaş cəmiyyəti təsisatlarının 20-dək seçilmiş nümayəndəsi iştirak edib. Dəyirmi masada “beyin mərkəzləri” (think tanks) adlanan təsisatların müasir dövrümüzdə əhəmiyyəti və əsas funksiyaları barədə məlumat verilib və Azərbaycanda bu yönümlü təşkilatların mövcud vəziyyəti, gələcək perspektivlər barədə fikir mübadiləsi aparılıb.

İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) aparatının rəhbəri Aydın Səfixanlı araşdırma mərkəzlərinin yaranma tarixi, məqsəd və funksiyaları, eləcə də Azərbaycan Ombudsman təsisatının araşdırma və təhlil yönümlü fəaliyyəti barədə iştirakçılara məlumat verib.

Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədri Ramil İskəndərli öz çıxışında qeyd edib ki, hazırda Azərbaycanda iqtisadi, sosial, hüquq sistemi, dövlət idarəçiliyi və digər sahələrdə aparılan islahatlar ölkədə mövcud olan araşdırma mərkəzlərinin təhlil və təkliflərinə, bu sahədə dövlət siyasətinin həyata keçirilməsinə dəstək göstərməsinə, bu cür qurumlar arasında informasiya mübadiləsinə ehtiyac yaradıb.

Tədbirdə həmçinin “Araşdırma Mərkəzləri (Think Tanks) və Vətəndaş Cəmiyyəti” proqramı tərəfindən hər il hazırlanan dünya beyin mərkəzlərinin illik qlobal reytinq cədvəli (Global Think Tank İndex 2018) barədə məlumat verilib.

Azərbaycan Respublikası Prezident Administrasiyasının, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının, Almaniya Texniki Əməkdaşlıq (GİZ) təşkilatının və QHT-lərə Dövlət Dəstək Şurasının, o cümlədən fəaliyyətində araşdırma istiqamətinə xüsusi önəm verən QHT nümayəndələri, elmi tədqiqatlar və praktik araşdırmalarla məşğul olan ekspertlər, Ramil Məmmədli, Zaur İbrahimov, Sübhan Talibov, Elmari Məmişov, İsmayıl Kərimov və Kəmalə Aşumova müzakirələrdə iştirak ediblər.

Tədbirdə Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin göstərdiyi təşəbbüsün davamı olaraq beyin mərkəzlərinin əlaqələndirmə sisteminin formalaşdırılmasının əhəmiyyəti vurğulanıb. Bundan başqa ekspertlər barədə onlayn məlumat bazasının yaradılması, periodik olaraq beyin mərkəzlərinin iştirakı ilə kommunikasiyanın qurulması və informasiya mübadiləsinin həyata keçirilməsi məqsədilə Şəbəkənin yaradılması məqsədəuyğun hesab edilib.

 

Loading...

www.yenicag.az

2811
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100