!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda ilk dəfə: "İnsanlarımız böyük həvəs və coşqu ilə seçkilərdə iştirak edir"

!Reklam – Yazi

Hazırda Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilir. Bu seçki Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü tam bərpa etdikdən sonra keçirlən ilk parlament seçkiləridir. Yenicag media qrupu olaraq deputatlığa namizədlərin seçki ilə bağlı fikirlərini öyrənməyə çalışdıq.

Seçki prosesi ilə bağlı Yenicag.az-a danışan VI çağırış Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib ki, Azərbaycanın bütün ərazilərində bütünləşmiş, tam suveren müstəqil Azərbaycanda ilk dəfə parlament seçkiləri keçirilir:

“Bu, olduqca önəmli və vacib bir məsələdir. Bizim üçün də çox qürur və şərəfdir ki, bu gün işğaldan azad olunmuş ərazilərdən Milli Məclisə deputat kimi seçilirik. Mən də bu gün məntəqəyə gedərək, səs verdim. Düşünürəm ki, seçki normal keçir, hər şey qaydasındadır və hər hansı bir problem yoxdur. İnsanlarımız da böyük həvəs və çoşqu ilə seçkilərdə iştirak edir. Fürsətdən istifadə edərək, bütün vətəndaşlarımızı seçkilərdə fəal iştiraka çağırıram. Hamımız çalışmalıyıq ki bu seçkilərdə fəal iştirak edək. Seçkilər hər bir dövlət üçün olduqca ən önəmli məsələlərdən biridir və o dövlətlərin demokratikliyinin göstəricisidir. Hesab edirəm ki, vətəndaşlar da seçkilərdə fəal iştirak edərək, öz mövqelərini ortaya qoymalıdır. Azərbaycanı daha da gücləndirməli, möhkəmləndirməliyik və dövlətimizin daha da güclü olması üçün hamımız əlimizdən gələni maksimum dərəcədə etməliyik”.

COP29

www.yenicag.az

444
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv