Azərbaycanda pensiya yaşı yenidən artırıla bilər? - AÇIQLAMA

media-hightechnic-468x90

“Hazırda pensiya yaşının artırılması müzakirə olunmur və bununla bağlı hər hansı layihə təqdim edilməyib. Amma pensiya islahatlarının dərinləşməsi, pensiya qanunvericiliyinin təkmilləşdirilməsi əsas prioritetlərdəndir”.

Bunu “Unikal”a açıqlamasında deputat Vüqar Bayramov deyib. O bildirib ki, urada özəl pensiya fondlarının yaradılması, sığorta-pensiya münasibətlərinin tənzimlənməsi də vacib istiqamətlərdən hesab olunur:

“İslahatların bu istiqamətdə dərinləşməsi və yeni qərarların qəbul edilməsi gözləniləndir. Strategiyada qeyd edilən məsələlər daha uzunmüddətli dövr üçün nəzərdə tutulub. Bu dövrdə xüsusilə əhalinin yaşı, sığorta ödənişləri nəzərə alınmaqla qərarların veriləcəyi gözlənilir. Hazırda daha çox özəl pensiya fondlarının yaradılması, pensiya-sığorta sisteminin daha da təkmilləşdirilməsi əsas hədəflərdəndir. Bu istiqamətdə növbəti ildə addımların atılacağı gözlənilir.

Konkret pensiya yaşının dəyişilməsi ilə bağlı hansısa layihə müzakirə olunmayıb. Sözsüz ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Maliyyə Nazirliyi mövcud fiskal imkanlar və demoqrafik vəziyyəti nəzərə almaqla bu istiqamətdə fəaliyyətləri planlaşdırmağa və sistemləşdirməyə çalışır”.

Qeyd edək ki, Maliyyə Nazirliyinin yaxın 4 il üçün açıqladığı Ortamüddətli Xərclər Çərçivəsində bildirilib ki, hazırda ölkəmizdə müşahidə olunan demoqrafik meyillər bir çox ölkələrlə müqayisədə müsbət olsa da uzunmüddətli dövrdə əhalinin yaşlanması, sığortaolunanlar və pensiyaçılar arasındakı say nisbəti, gözlənilən orta ömür müddəti və sair bir sıra digər amillər pensiya sistemi qarşısında mühüm çağırışlar yarada bilər. 2024-cü ildə 65 yaşdan yuxarı şəxslərin əhalidə xüsusi çəkisi 9,1 % təşkil etdiyi halda, bu göstəricinin 2050-ci ilin sonunadək 18,1 %-ə çatacağı gözlənilir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa