Azərbaycanda qarın qalınlığı-90 sm

media-hightechnic-468x90

Qarli hava 020212Ölkə ərazisində faktini hava açıqlanıb.

“Əvvəlcədən xəbər verildiyi kimi, fevralın 22-si gün ərzində ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, yağıntılı olub, sulu qar, qar yağıb. Bəzi şərq rayonlarında intensivləşib, Lənkəran-Astara zonasında güclü olub, axşam qərb rayonlarından başlayaraq tədricən kəsib”.

Bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib. Onun sözlərinə görə, şimal küləyi fevralın 22-si günün birinci yarısında güclənib.

Qar örtüyünün hündürlüyü Lənkəran Astara bölgəsinin ərazisində 65-90 sm, Altıağacda 40 sm, Xınalıqda 23 sm təşkil edib, digər ərazilərdə isə qar tədricə əriyib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600