!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda ruhi xəstələrin sayı artır: "İnsanlar özlərini yalnız hiss edir, ümidsizdirlər"

!Reklam – Yazi

Bu ilin əvvəlinə olan məlumata görə, il ərzində Azərbayacanda 2 milyon 219 min 145 nəfər xəstə qeydə alınıb. Onlardan 14 min 409 nəfər psixi pozuntular və davranış pozuntuları xəstəliklərindən əziyyət çəkir. Statistik göstəricilərə görə, son 7 il ərzində psixi pozuntular və davranış pozuntuları xəstəliklərindən əziyyət çəkənlərin sayı təxminən iki dəfə artıb.

Mövzu ilə bağlı psixoloq, təlimçi, NLP master Rübabə Mərdanova Yenicag.az-a açıqlamasında bildirib ki, psixi pozuntular və davranış pozuntuları xəstəlikləri müxtəlif bioloji, sosial, psixoloji səbəblərdən baş verə bilir:

“Dünyada milyonlarla insan psixi və davranış pozuntularından əziyyət çəkir. Təəssüf ki, bu rəqəmlər getdikcə daha da artır. Günümüzdəki insan stabil həyatdan uzaqdır. Hər an dəyişən, yenilənən informasiya bolluğu, stress, gərginlik, müharibələr, xəstəliklər və sair insanların həyatına təsir edir. Müharibə və xəstəliklər həmişə olub, ancaq biz onlar haqqında nə qədər məlumat ala bilirdik? İnsanları təşviş içində saxlayan xəbərlər günlərlə, aylarla, bəzən illərlə uzana bilir. Ümumiyyətlə, qorxunun obyekti konkretdir və obyekt yox olan kimi qorxu dayanır. Misal üçün, üzərimizə gələn maşın bizi qorxudur, lakin xəta sovuşan kimi normal vəziyyətə qayıdırıq. Qeyri-müəyyənlik isə insanı həyəcanda saxlayır. Bu vəziyyət nə qədər davam edərsə, problem o qədər dərinləşir.

Bəzi insanlar normadan artıq, istirahətsiz işlədiyi üçün, bəziləri isə, ümümiyyətlə, işsiz olduğu üçün stress yaşayır. Sosial ünsiyyətin aşağı olması, insanların sutkanın çoxunu telefonla baş-başa keçirməsi gündəlik həyat normasını və yuxu rejimini pozur. Səbəblər o qədər çoxdur ki, fərdə görə dəyişir. İnsanlar özlərini yalnız hiss edir, ümidsizdirlər, həyatın mənasının olmadığını düşünürlər. Təbii ki, hər insan genetik kodlarına, yaşına, xarakterinə, dəyərlərinə görə hadisələrə fərqli reaksiya verir. Psixoloji immuniteti yüksək olan insanlar vəziyyəti daha stabil saxlaya bilir.

Araşdırdığımız zaman problemin hansı səviyyədə olduğunu bilməyimiz məsələnin həllində böyük rol oynayır. Kimisi mühit, kimisi strategiya, kimisi inanc və dəyərlər, kimi də şəxsiyyət və ya mənəvi səviyyədə boşluq yaşayır. Dünyanı dəyişmək bizim əlimizdə deyil, dünyaya baxışımızı dəyişmək isə bizim əlimizdədir. Bu isə psixologiyamıza, sağlamlığımıza müsbət təsir göstərir”.

Gülşən Şərif

www.yenicag.az

309
Ads
www.veteninfo.com
!Reklam – Arxiv