Azərbaycandan Rusiyaya keçmək istəyən 5 pakistanlı saxlanıldı

media-hightechnic-468x90

Sentyabr ayının 18-də saat 20:00-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin Xaçmaz rayonunun Xanoba kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədini pozaraq Azərbaycandan Rusiya stiqamətində keçməyə cəhd edərkən 5 nəfər Pakistan vətəndaşları – 1985-ci il təvəllüdlü Ali Sajjad, 1992-ci il təvəllüdlü Munawar Waseem, 1998-ci il təvəllüdlü Yousaf Subtain, 2002-ci il təvəllüdlü Usman Muhammad və 2005-ci il təvəllüdlü Hassan Ali saxlanılıblar.

Bu barədə Yenicag.az-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Saxlanılan şəxslərdən üçünün avqust ayının sonlarında rəsmi qaydada Pakistandan Lahor-Bakı reysi ilə, ikisinin isə sentyabr ayında Birləşmiş Ərəb Əmirliklərindən Dubay-Bakı reysi ilə Azərbaycana gəlmələri müəyyənləşdirilib.

Araşdırma zamanı Pakistan vətəndaşlarının dövlət sərhədini pozaraq Azərbaycandan Rusiyaya keçməklə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olmaları məlum olub.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600