Azərbaycanı Portuqaliyada təmsil edəcək gimnastlar müəyyənləşdi

media-hightechnic-468x90

Aprelin 29-da Portuqaliyanın Portimao şəhərində start götürəcək bədii gimnastika üzrə beynəlxalq turnirə qatılacaq Azərbaycan təmsilçiləri açıqlanıb.

Azərbaycan Gimnastika Federasiyasından Yenicag.az-a verilən məlumata görə, 5 gün davam edəcək yarışda milli komandaların ümumilikdə 10 üzvü qüvvəsini sınayacaq.

Böyüklər arasında Alina Məmmədova və Kamilla Seyidzadə, gənclərdə isə Şəms Ağahüseynova və Nuray Əhmədzadə fərdi proqramda medallar uğrunda yarışacaqlar.

Turnirdə eləcə də Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərovanın yer aldığı gənclərdən ibarət qrup komandası mübarizə aparacaq.

Qeyd edək ki, Azərbaycan gimnastları turnirdə iştirak üçün artıq Portuqaliyaya yollanıblar.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600