Azərbaycanın Gürcüstandakı səfiri iranlı həmkarı ilə görüşüb - FOTO

media-hightechnic-468x90
Cari ilin 3 fevral tarixində Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev, İran İslam Respublikasının Gürcüstana yeni təyin edilmiş fövqəladə və səlahiyyətli səfiri Seyid Əli Moujani və onu müşayiət edən nümayəndə heyəti ilə görüşüb.
Səfir Seyid Əli Moujanini Azərbaycan Respublikasının Səfirliyində salamlayan diplomat yeni təyinatı münasibətilə həmkarını təbrik etmiş və gələcək fəaliyyətində ona uğurlar arzu etmişdir.
Görüş zamanı səfir F.Quliyev həmkarına Azərbaycan ilə Gürcüstan arasında uzun illər ərzində formalaşmış, qarşılıqlı hörmət və etimada əsaslanan çoxşaxəli əməkdaşlıq münasibətləri barədə ümumi məlumat vermişdir. Diplomat iki ölkə arasında mövcud olan iqtisadi və ticarət əlaqələrinin hazırkı vəziyyəti, bu sahədə əldə olunmuş nailiyyətlər, eləcə də həyata keçirilməsi planlaşdırılan birgə layihə və təşəbbüslər haqqında bəhs etmişdir.
Azərbaycan ilə Gürcüstanın birgə iştirakı ilə icra edilən və regional əhəmiyyət daşıyan layihələrdən söz açan diplomat qeyd etmişdir ki, bu təşəbbüslər yalnız iki ölkə arasında əməkdaşlıq münasibətlərinin daha da dərinləşdirilməsinə xidmət etmir, həm də bütövlükdə regionda iqtisadi imkanların genişlənməsinə, qarşılıqlı əlaqələrin inkişafına və sabitliyin möhkəmləndirilməsinə mühüm töhfə verir.
Öz növbəsində səfir Seyid Əli Moujani təbrik diləklərinə və görüş üçün yaradılmış fürsətə görə səfir F.Quliyevə təşəkkürünü bildirmişdir. Azərbaycan ilə Gürcüstan arasındakı münasibətlər haqda verilən ümumi məlumata görə səfir F.Quliyevə təşəkkürünü ifadə edən səfir Seyid Əli Moujani, öz növbəsində İran və Gürcüstan arasındakı münasibətlər, o cümlədən regional məsələlər barədə fikirlərini bölüşmüşdür.
Tərəflər görüş çərçivəsində qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.
Görüşdə Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin müşaviri Kamal Xəlilov və İran İslam Respublikasının Gürcüstandakı Səfirliyinin birinci katibi Siruz Səccadi də iştirak etmişdir.
media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05