!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycanın "mafiya babası" Dilarə "Kanal D"də: "Gecədən telefonlarım susmur" - FOTO

!Reklam – Yazi

Azərbaycanlı və türkiyəli məşhurların birlikdə çəkildiyi “Milyonluq quş” komediya filmi “Kanal D”də nümayiş olunub.

Filmdə “Mafiya babası”nı canlandıran tanınmış aktrisa, Əməkdar artist Dilarə Əliyeva təəssüratlarını Yenicag.az- la bölüşüb:

“Telefonlarım susmur, filmi izləyənlər təbrik edir, xoş sözlər söyləyir. Filmdə çox mürəkkəb xarakterə malik, nə istədiyini bilən və onu əldə edən, həmçinin kaprizli, hətta 3 ərini boşamış qadın rolunu canlandırmışam. Bu obraz çox güclü xarakteri ilə seçilir, bu vaxta qədər oynadığım rollardan fərqlənir. Türklər demiş, “mafiya babası”nı canlandırmışam. Bu rolla mənim oxşar tərəflərim odur ki, Dilarə Əliyeva da nə istədiyini bilən qadındır, amma kaprizli deyil. Qeyd edim ki, filmin ssenarisi Təvəkkül Mehrəliyevə aiddir”.

Qeyd edək ki, “Artlemma” şirkətinin istehsalı olan ekran işində azərbaycanlı aktyorlarla bərabər, baş rollarda Türkiyənin məşhur sənətçiləri Ufuk Özkan, Mehtap Bayri, Gökçe Özyol və başqaları çəkilib.

Cəvahir

COP29

www.yenicag.az

1060
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv