“Azərbaycanın Rusiya bazarında əsas rəqibi Türkiyədir”

media-hightechnic-468x90

nattacaaaNatiq Cəfərli: “Ölkəmizin kənd təsərrüfatı potensialı böyük deyil ki…”

“Azərbaycanın aqrar potensialı elə də güclü deyil ki, Rusiyaya lazımi qədər məhsul ixrac edə bilsin”.

Bu sözləri Yenicag.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Rusiyaya hazırki situasiyada Azərbaycandan kənd təsərrüfatı məhsulu ixracının artacağı, yoxsa azala biləcəyilə bağlı suala cavab verərkən bildirdi: “Ölkəmizin kənd təsərrüfatı potenialı o qədər güclü deyil ki, böyük Rusiya bazarına ciddi təsir göstərə bilsin. Burada ən çox qazanan ölkələrdən biri də Türkiyədir. Artıq embarqoya aid məhsulların Türkiyədən Rusiyaya ixracı 3 dəfə artıb. Amma avqustdan bəri embarqonun tətbiqinə baxmayaraq, Azərbaycandan Rusiyaya ixrac olunan malların artımını rəsmi statistik rəqəmlərdə görmürük. Bunun bir səbəbi ölkəmizin kənd təsərrüfatı potensialının böyük olmamasıdır. İkincisi isə, sərhəddə, xüsusən Rusiya tərəfdə ciddi maneələrin olması, korrupsiya halları və fermerlərimizin birbaşa Rusiya bazarına çıxışında əngəllərin mövcud olması ilə bağlıdır. Digər məsələ rublla bağlıdır. İxracatşı ölkələr rublun ucuzlaşmasından əziyyət çəkirlər. Onlar mallarını rublla satmaq məcburiyyətindədir, sonradan isə onu dollara çevirərək, öz qazanclarını hesablayırlar. Belə də qazancları maya dəyərinə çatmaya bilər. Ona görə də qiymət qoymaqda çətinlik çəkirlər. Həmçinin, Rusiyaya daha çox məhsulumuzun ixracı daxili bazarda qiymət artımına gətirə bilər ki, bu da xoşagələn hal deyil. Bu səbəblərdən Rusiyaya Azərbaycan kənd təsərrüfartı məhsulları ixracının artacağını düşünmürəm”.

 

Rüfət

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600