!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanla Ermənistan arasında gərginliyi artıran SƏBƏB: Konkret tərəf göründü

!Reklam – Yazi

“Yeni qarşıdurma, müharibə vəziyyəti yaranacaq”. 

Bu fikri Ermənistanla Azərbaycan arasında sülh danışıqları getdiyi bir məqamda gərginliyin artmasının səbəblərini dəyərləndirən politoloq Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.

Qabil Hüseynli bildirib ki, Ermənistanla Azərbaycan arasındakı gərginliyin səbəbkarı Qərbdir.

“Kollektiv Qərbin qızğın surətdə Nikol Paşinayanı dəstəkləməsi Azərbaycanla Ermənistan arasında gərginlyi artırır. Əvvəl tək Fransa Ermənistanın arxasında dayanmışdısa, indi Avropa İttifaqı, ABŞ da rəsmi İravanın arxasında dayanıb. Avropa İttifaqı və ABŞ Ermənistanın müdafiəsi ilə bağlı pakt imzalamaq istəyirlər”, – deyə o əlavə edib.
Q.Hüseynli vurğulayıb ki, bütün bunlar bölgədəki ümumi işə xeyir verməyəcək:
“Qərb həm Rusiyanı bu ərazilərdən sıxışdırıb çıxarmaq istəyir, həm də Ermənistan üçün əlverişli sülh şərtlərini hazırlamaq istəyir.

Bundan sonra Ermənistan sanki diqtə edən tərəf kimi çıxış edəcək. Ermənistan götürdüyü öhdəlikləri yerinə yetirməkdən imtina edəcək. Nəticə etibarı ilə yeni qarşıdurma, müharibə vəziyyəti yaranacaq.

Dünənə qədər Qərb vasitəçilik edib sülh müqaviləsini imzalatmaq istəyirdisə, indi qızışdırıcı mövqedə dayanıb. Görünən odur ki, sanki Qərb Ermənistana “hücum et” tapşırğı verib. Onlar da bunu yerinə yetirməyə çalışır”.

Səxavət Məmməd

COP29

www.yenicag.az

245
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv