Azərbaycanla İran arasında 4 saziş imzalandı

media-hightechnic-468x90

nbvnvghfAzərbaycan Prezidenti İlham Əliyevin İrana səfəri çərçivəsində iki ölkə arasında bir sıra sahələr üzrə sənədlər imzalanıb.

Prezident İlham Əliyevin İrana səfəri çərçivəsində 4 sənəd imzalanıb. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və İran İslam Respublikasının Gənclər və İdman Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”na imza atılıb. Sənədi Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və İranın Gənclər və idman naziri Mahmud Qudərzi imzalayıb.

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və İran İslam Respublikası Daxili İşlər Nazirliyi arasında fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və İran DİN-in rəhbəri Əbdülrza Rəhmani Fəzli imzalayıb.   Bundan əlavə, “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və İran İslam Respublikasının Yol və Şəhərsalma Nazirliyi arasında hidrometeorologiya məsələləri və onunla əlaqəli işlər üzrə əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb. Sənədi Azərbaycan tərəfdən ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, İran tərəfdən isə Yol və Şəhərsalma naziri Abbas Axundi imzalayıb.

Azərbaycan Respublikası və İran İslam Respublikası hökuməti arasında “Ordubad və Marazad su elektrik stansiyalarının tikintisi və istismarı sahəsində əməkdaşlıq haqqında Saziş” də imzalanıb. Sazişi Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və İranın energetika naziri Həmid Çitçian imzalayıb.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İrana Səfəri bu gün səhər saatlarında başlayıb(axar.az).

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600