Bir çox serialların baş qəhrəmanı aktrisa Günəş Mehdizadə Azərbaycandan gedir.
Yenicag.az-a bu barədə aktrisanın özü açıqlama verib:
“Yaxın günlərdə ölkədən gedirəm, bir neçə il Azərbaycanda olmayacam. Avropa ölkələrinin birində filmə çəkilmək üçün dəvət almışam. Həmin film şirkəti ilə müqavilə bağlamışam, şərtə görə, Azərbaycanda müəyyən müddət ərzində aktrisa kimi fəaliyyət göstərə bilmərəm”.Aktrisa canlandıracağı obrazın müqabilində yüksək qonorar alacağını desə də, məbləği açıqlamadı, bunun kommersiya sirri olduğunu bildirdi. Roluna gəlincə, aldığımız cavab belə oldu:
“Sevgili obrazında çəkiləcəm. Adlarını deməyəcəm, amma çox məşhur aktyorlarla tərəf müqabili olacam. Özümü buna görə şanslı sayıram”.
Cəvahir
www.yenicag.az