Türkiyə adına yarışan azərbaycanlı atlet Ramil Quliyev Londonda keçirilən yüngül atletika üzrə dünya çempionatında 200 metr məsafəyə qaçışda birincilik qazanıb.
Yenicag.az xəbər verir ki, “Fənərbaxça”nın idmançısının bu uğuru klub prezidenti Əziz Yıldırımı da qürurlandırıb. O, Ramilin Türkiyəyə qızıl medal qazandırmasını belə şərh edib:
“Bu gecə ağlamaq dərəcəsinə çatmışam. Belə bir övladımızın dünya çempionu olmasına görə çox qürurluyam. İnşallah, digər idmançılarımız da bunu bacararlar. Azərbaycan dövlətinə də təşəkkür etmək lazımdır. Ramil iki dövlətin, bir millətin övladı olaraq yarışdı. Bizi qürurlandırdı. Bütün dünya telekanallarında həm “Fənərbaxça”nın, həm də Türkiyənin adı təqdim olundu. Ramil bu qaçışla Türkiyənin atletikada var olduğunu dünyaya sübut etdi”.
www.yenicag.az