Azərbaycanlı oliqarx “Starbucks”u Bakıya gətirir

media-hightechnic-468x90

hghjgytytBakıda ilk dəfə olaraq dünyaca məşhur brend olan “Starbucks”ın kafe-mağazası açılacaq. Açılış mərasimi yaxın vaxtlara planlaşdırılan “Starbucks”ın ünvanı bəlli olub.

Əldə edilən məlumata görə, kafe-mağaza Neftçilər prospektində yerləşən “Port Baku Towers”in aşağı mərtəbələrindən birində fəaliyyət göstərəcək. Məşhur brendi Azərbaycana tanınmış iş adamı gətirir.

Qeyd edək ki, “Starbucks” şəbəkəsi öz mağazalarını yalnız dünyanın inkişaf etmiş ölkələrində – böyük şəhərlərdə açmağa razılıq verir.   “Starbucks” – 1971-ci ildə ABŞ-da yaradılan “fəstfud” şəbəkəsidir. Şəbəkənin mərkəzi Amerika Birləşmiş Ştatlarının Vaşinqton əyalətinin Sietl şəhərindədir. İlk “Starbucks” mağazası 1971-ci ildə müəllim Jerry Baldvin və Zev Siegel ilə yazıçı Gordon Bovker tərəfindən açılıb.1982 ci ildə iş adamı Hovard Schultz mağazanın sahiblərindən biri olub. Daha sonra o, “Starbucks”ın tək sahibinə çevrilib (publika.az).

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600