Azərbaycanlı politoloq amerikan jurnalını Obamaya qarşı olmaqda suçladı

media-hightechnic-468x90

siaphoto_442647Qabil Hüseynli: “Portalın yazdığı real həqiqəti əks etdirə bilməz”

“Neft lobbisi Obamanı Rusiyaya qarşı sanksiyalara görə dollarla cəzalandırır”.
Bunu yazan ABŞ-ın neftqaz sahəsinin problemləri üzrə yazan aparıcı analitik portalı “Oilprice” Rusiyaya qarşı münasibətin Obama administrasiyasının ən böyük xarici siyasət səhvlərindən biri olduğunu qeyd edir. Görəsən, portalın bu iddiası nə qədər realdır?

Politoloq Qabil Hüseynli Yenicag.az-a açıqlamasında bildirdi ki, həmin portal sadəcə olaraq, öz nöqyeyi-nəzərini yazıb: “Amerika və Avropada da bu cür düşünənlər var. Amma həmin adamlar onu da nəzərə almalıdır ki, bütün bunlar boş yerdən yaranmayıb. Rusiya sakit dayansaydı, dünyanı təhdid edən hərəkətlərə yol verməsəydi, əlbəttə ki, bütün bunlara da ehtiyac qalmazdı. Amma Rusiya görürük ki, hər vasitə ilə qonşularını təhdid edir, həm də fövqəldövlət eşqinə düşdüyündən bu statusun özünə də verilməsini tələb edir. Həmin portalı isə Rusiyanın xüsusi xidmət orqanları da yarada, maliyyələşdirə bilərlər. Ruslar bu taktikadan da geniş istifadə edir. Ona görə portalın yazdığı real həqiqəti əks etdirə bilməz. Onu da bir nöqteyi-nəzər kimi qəbul etmək lazımdır”.

Rüfət

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600