Azərbaycanlı vokalçı ABŞ-də beynəlxalq müsabiqədə qızıl medal qazandı

media-hightechnic-468x90

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, respublika və beynəlxalq müsabiqələr laureatı Urfan Cəfərov Nyu-Yorkda keçirilən “American International Vocal Competition of Opera Singers 2023” beynəlxalq opera ifaçılarının vokal müsabiqəsində 67 ölkə arasında birinci yeri tutaraq qızıl medal qazanıb.

Yenicag.az xəbər verir ki, o, müsabiqənin qalibi kimi solo konsert üçün nüfuzlu sertifikat alaraq, dünyanın ən məşhur konsert salonlarından biri olan Carnegie Hallda solo ifası ilə Azərbaycanı təmsil etmiş ilk azərbaycanlı olub.

Müsabiqədə bütün yaş qrupundan, həmçinin müxtəlif ölkələrdən olan vokalçılar iştirak ediblər.

Qeyd edək ki, bu müsabiqə gənc ifaçıların nüfuzlu səhnədə solo konsertini təmin edən yeganə platformalardan biridir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600