“Azərişıq”-ın əməkdaşını elektrik cərəyanı vurdu

media-hightechnic-468x90

img1610510“Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub.

Yenicag.az apa-ya istinadən xəbər verir ki, Balakən rayonunun Katex kənd sakini, 1955-ci il təvəllüdlü Şahruddin Mollaəli oğlu Atayev elektrik cərəyanının vurması xəsarətləri ilə xəstəxanaya daxil olub.

Həkim müayinəsindən sonra Ş. Atayevə sifətin və sol budun elektroşok travması diaqnozu qoyulub. Xəstəxananın travmatologiya şöbəsində müalicə alan Ş. Atayevin vəziyyəti orta-ağır qiymətləndirilir.

Zaqatala rayon Polis Şöbəsindən verilən məlumata görə, Ş. Atayev yaşadığı evdə elektrik naqillərini təmir edən zaman onu elektrik cərəyanı vurub. O, “Azərişıq” ASC Zaqatala rayon Paylayıcı Elektrik Şəbəkəsində montyor işləyir. Faktla bağlı araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600