Şəki şəhərində bir nəfərin xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib.
Yenicag.az “Report”a istinadən xəbər verir ki, ötən gün axşam saatlarında rayonun 2014-cü il təvəllüdlü Oxut kənd sakini Məmmədli Vüsal Vüqar oğlu yanıq xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.
Şəki MRX-dən “Report”a verilən məlumata əsasən, müayinə zamanı 4 yaşlı Vüsal Məmmədlinin yaşağı ünvanda üzərinə qaynar yağ dağıldığı məlum olub. Nəticədə V.Məmmədli hər iki yanağından və sol bazudan I-II dərəcəli termiki yanıq xəsarətləri alıb.
İlkin tibbi yardım göstərildikdən sonra o, müayinə və müalicə olunmaq üşün uşaq xəstəlikləri xəstəxanasına göndərilib.
www.yenicag.az