Bacısı qızını öldürən dayı tutuldu

media-hightechnic-468x90

61115Bir neçə gün öncə Xəzər rayonunda 19 yaşlı bacısı qızını bıçaqlayan şəxs saxlanılıb.

Yenicag.az anspress-ə istinadən bildirir ki, 42 yaşlı dayı aprelin 17-də saat 14:20 radələrində Buzovna qəsəbəsi Naxçıvani küçəsində yerləşən evdə bacısı qızı Nigar Məlikliyə çox saylı bıçaq zərbəsi vurub.

Ailədaxili məsələ ilə bağlı öncə aralarında yaranan mübahisə sonda qətllə tamamlanıb. Yaralı olan Nigar Məlikli yerləşdirildiyi xəstəxanada vəfat edib.

Hadisəni törədən 1973-cü il təvəllüdlü Vamiq Vaqif oğlu Aslanov dünən həbs edilib.

Faktla bağlı araşdırma aparılır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa