Bakı 2015 Avropa Oyunları brifinqə ev sahibliyi edir

media-hightechnic-468x90

thumb_1_673Bu gün Bakı 2015 Avropa Oyunları Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri üçün diplomatik brifinqə ev sahibliyi edir.

Bakı 2015-in rəhbər şəxsləri İlk Avropa Oyunları ilə bağlı ən son yeniliklər və gələcəkdə ölkədə keçiriləcək idman yarışları haqqında beynəlxalq nümayəndələr qarşısında təqdimatlar keçirmişlər.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Baş icraçı direktoru və Gənclər və İdman naziri Azad Rəhimov nümayəndələr qarşısında çıxış etmişdir. Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq İlk Avropa Oyunları haqqında ümumi məlumat vermişdir.

A.əhimov demişdir: “Diplomatik brifinq komandamız üçün gələn il keçiriləcək Bakı 2015 Avropa Oyunlarına hazırlıqlarla bağlı ən son yeniliklər haqqında diplomatik nümayəndəlikləri məlumatlandırmaq baxımından mükəmməl fürsət oldu.

Biz beynəlxalq aləmdə İlk Avropa Oyunlarına böyük marağın yaşanacağını bilirik, ona görə də diplomatik nümayəndələri hazırlıq işlərimiz barədə məlumatlandırmaq çox vacib hesab edilir.”

Bakı şəhəri, Fairmont Oteldə keçirilmiş görüşdə 60 ölkədən 100-dən çox nümayəndə iştirak edib.

Azərbaycan Milli Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr şöbəsinin rəhbəri Könül Nurullayeva Milli Olimpiya Komitələrinin Avropa Oyunlarında oynadığı rollar barədə danışmışdır.

S.leq demişdir: “Bu qədər diplomatik lideri burada, Bakı şəhərində bir arada toplamaq və onları Avropa Oyunları ilə bağlı ən son xəbərlər haqqında ətraflı şəkildə məlumatlandırmaq bizim üçün böyük şərəf oldu.

Qarşıdan gələn illərdə Azərbaycan mühüm idman yarışlarına ev sahibliyi edən və dünyanın buraya dəvət olunacağı mükəmməl idman mərkəzinə çevriləcək. Bizim beynəlxalq ictimaiyyəti burada mövcud olan imkanlar və əldə olunan irəliləyişlər barədə məlumatlandırmağımız vacib haldır.” (salamnews.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600