“Bakı Kart”ın nizamnamə kapitalı azaldılır
Azərbaycan paytaxtının ictimai nəqliyyatında istifadə olunan “Bakı Kart”ın operatoru – “K Group” MMC nizamnamə kapitalını 3,7 milyon manat və yaxud 16,1 % azaldaraq 23 milyon manatdan 19,3 milyon manata endirdiyini elan edib.
Yenicag.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.
Məlumata görə, kreditorlar 1 ay ərzində öz tələblərini Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 49/C ünvanına təqdim edə bilərlər.
Xatırladaq ki, “K Group” 2014-cü ildə yaradılıb.