Bakı metrosunda sərnişin öldü

media-hightechnic-468x90

Bakı metrosunda ölüm hadisəsi qeydə alınıb.

Yenicag.az “Trend”ə istinadən xəbər verir ki, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, hadisə axşam saatlarında baş verib:

“”Həzi Aslanov” stansiyasından hərəkətdə olan qatar “Ulduz” stansiyasına yaxınlaşarkən bir nəfər sərnişin özünü pis hiss edib. Sərnişin “Ulduz” stansiyasında düşürülüb və təcili tibbi yardım briqadası çağırılıb. Sərnişin stansiyada dünyasını dəyişib.

Araşdırmalar zamanı həmin şəxsin Bakı şəhər sakini, 1953-cü il təvəllüdlü Mahir Kazımov olduğu müəyyən edilib”.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600