Bakı-Quba yolunda avtobusla minik maşını toqquşub.
Yenicag.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Şabran rayonunun Günəşli kəndində ”Nissan” markalı minik avtomobili və “Hyundai” markalı sərnişin avtobusu toqquşub.
Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxışmış vəziyyətdə qalan sürücü, 1992-ci il təvəllüdlü Bayramov Məmmədəli Əkbər oğlunun meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Qəza nəticəsində xəsarət alanlardan 6 nəfər Quba Mərkəzi Rayon Xəstəxanasına, 2 nəfər isə Quba Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
www.yenicag.az