Bakı-Sumqayıt yolunda hərəkət məhdudlaşdırılıb

media-hightechnic-468x90

Yol polisi yolda 240212Bu gün səhər saatlarında avtomobillərin hərəkətində sıxlıq yaranıb.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin verdiyi məlumata görə, buna Bakı-Sumqayıt yolunda aparılan təmir işləri ilə səbəb olub. Onun sözlərinə görə, təmir I Avropa Yay Olimpiya Oyunlarına hazırlıq işləri ilə əlaqədardır. P. Mürsəliyev qeyd edib ki, təmir işləri qısa zamanda yekunlaşacaq.

O əlavə edib ki, beynəlxalq tədbirlə əlaqədar Bakı şəhərində Ziya Bünyadov prospekti – 20 Yanvar dairəsi, Moskva prospekti – 20 Yanvar tuneli, Bakı-Sumqayıt yolu (geriyə dönməklə dairəvi yol) və Bakı-Ələt yolunun 4-cü və 14-cü km-də təmir işləri ilə əlaqədar avtomobillərin hərəkəti qismən məhdudlaşdırılıb.

“Şəhərin mərkəzində də bəzi yerlər var ki, orada da təmir və yenidənqurma işləri aparılır. İşlərin mart ayının sonuna qədər yekunlaşacağı gözlənilir”, – deyə P. Mürsəliyev qeyd edib.

Qeyd edək ki, Olimpiya Oyunlarının keçirilməsi ilə əlaqədar Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhəd avtomobil yolunun 8-ci kilometrliyində 700 metrlik məsafə də təmir olunur.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600