!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı üzrə ən çox yoluxma bu rayondadır

!Reklam – Yazi

Bakı şəhəri üzrə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma göstəriciləri açıqlanıb.

Yenicag.az koronavirusinfo.az saytına istinadla xəbər verir ki, paytaxtın rayonları arasında ən yüksək yoluxma göstəricisi Binəqədi rayonunda qeydə alınıb. Belə ki, paytaxt üzrə yoluxma hallarının 15 faizi həmin rayonun payına düşür. Bakı şəhərinin digər rayonlarına gəlincə, yoluxma hallarının 12,8 faizi Xətai, 12,3 faizi Yasamal, 10,6 faizi Sabunçu, 8,3 faizi Nəsimi, 8,2 faizi Suraxanı, 8,2 faizi Nərimanov, 7 faizi Nizami, 6,5 faizi Xəzər, 5,7 faizi Qaradağ 4,9 faizi Səbail, 0,4 faizi Pirallahı rayonlarında qeydə alınıb.

Qeyd edək ki, ölkəmizdə koronavirusa ən çox yoluxma faktı Bakı şəhərində müşahidə olunub. Belə ki, ümumi yoluxma hallarının 52,5 faizi paytaxtda qeydə alınıb.

www.yenicag.az

501
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv