Bakıda ağır qəza - Ölən və yaralananlar var

media-hightechnic-468x90

Bakıda ölümlə və xəsarətlə nəticələnən ağır yol qəzası baş verib.

media-banner_tuq

Yenicag.az “Report”a istinadən xəbər verir ki, hadisə Pirallahı rayonunda qeydə alınıb.

Belə ki, rayon ərazisində “Hyundai” markalı minik avtomobili ilə “Ford” markalı yük maşını toqquşub. Hadisə nəticəsində 1 nəfər ölüb. Ölən şəxsin “Hyundai” markalı avtomobilin sürücüsü olduğu bildirilir.

Qəza zamanı eləcə də “Ford”un Əli adlı (soyadı dəqiqləşdirilir-red) sürücüsü, habelə 17 yaşlı Qaçayev Sahil Rahil oğlu, 40 yaşlı Aleksandr Bıkovski müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib. S.Qaçayevə sol bud sümüyünün sınığı, A.Bıkovskiyə qapali kəllə-beyin travması diaqnozları qoyulub. Məlumata görə, hadisə nəticəsində “Ford”un sürücüsünün ayaqları sınıb.

Şahidlərin sözlərinə görə, qəzaya “Hyundai” markalı avtomobilin əks tərəfə – qarşıdan gələn yük maşınının yoluna çıxması səbəb olub.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05