Bakıda daha bir avtobus qəzası - Ölən var

media-hightechnic-468x90

Bakıda marşrut avtobusu piyadanı vuraraq öldürüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Yenicag.az-a verilən məlumatda bildirilib ki, hadisə Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, oktyabrın 31-də saat 6 radələrində Abşeron rayon sakini Namiq Məmmədov idarə etdiyi “Daewoo” markalı 130 saylı xətt avtobusla yolu keçən 25-30 yaşlı kişini vurub və nəticədə həmin şəxs hadisə yerində ölüb.

Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 03.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05