Bakıda dəhşətli qəza: 4 nəfər xəsarət aldı

media-hightechnic-468x90

Bakıda ağır yol qəzası baş verib. Hadisə Heydər Əliyev prospektində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində dörd nəfər xəsarət alıb.

Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən Yenicag.az-a bildirilib ki, iki minik avtomobilinin toqquşması barədə təcili yardıma saat 18:34-də məlumat daxil olub.

Qəza nəticəsində xəsarət alan 27 yaşlı kişi başın kəsilmiş yarası, qapalı kəllə beyin travması, 22 yaşlı qadın qarının küt travması, daxili qanaxma ehtimalı, 27 yaşlı qız müştərək travma diaqnozu ilə Kliniki Tibbi Mərkəzə aparılıblar.

Hadisə zamanı yüngül xəsarət alan 32 yaşlı qıza yerində yardım göstərilib, hospitalizasiyadan imtina edib.

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 20.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa