Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bakıda dəhşətli qəza: Dörd nəfər öldü

Bakıda dörd nəfərin ölümü ilə nəticələnən yol qəzası olub.

Yenciag.az-ın məlumatına görə, hadisə dekabr ayının 2-si gecə saatlarında Qala-Pirallahı yolunun 14-cü kilometrliyində qeydə alınıb.

Namiq Zülfüqarovun idarə etdiyi “Chevrolet” markalı, 90-RR-974 dövlət nömrə nişanlı avtomobil Ümid Alxasovun idarə etdiyi “KamAZ” markalı, 27-BM-301 dövlət qeydiyyat nişanlı yük maşını ilə toqquşub.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü və sərnişinləri – 1986-cı il təvəllüdlü Zülfüqarov Namiq Şinağa oğlu, Qarayev Şahin Canəhməd oğlu və Qarayev Anar Qərib oğlu hadisə yerində, 1986-cı il təvəllüdlü Cəlilov Tərlan Zakir oğlu isə xəstəxanada dünyasını dəyişib.

Avtomobildə olan digər sərnişin, 1989-cu il təvəllüdlü Qəribov Emin Qəribşah oğlu ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Pirallahı rayon Polis İdarəsinin istintaq şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

www.yenicag.az

2850
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100