Bakıda gənc qız dəm qazından boğulub
Bakıda dəm qazı daha bir nəfərin həyatına son qoyub.
Binəqədi rayon Polis İdarəsindən verilən məlumata görə, Baksol yolu, yeni yaşayış massivində qeydə alınıb. Həmin ünvanda yaşayan, 1996-cı il təvəllüdlü Uzunova Fəridə Tahir qızı yaşadığı evdə dəm qazından boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.