Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında zərərçəkən şəxs soyunaraq hakimə etiraz edib.
Yenicag.az xəbər verir ki, Sənan İsmayılov adlı şəxs məhkəmə binasının girişində, yolun ortasında soyunub.
S.İsmayılovun belə hərəkət etməsinə səbəb isə onu güllələyərək yaralayan Vəli Əhmədova yüngül cəza verilməsidir.
Hakim Fikrət Qəribov Rusiya vətəndaşı olan V.Əhmədova 5 il azadlıqdan məhrum etmə cəzası verib. İstintaq V.Əhmədovun əməlini qəsdən adam öldürməyə cəhd kimi qiymətləndirsə də, F.Qəribov bu maddəni qəsdən sağlamlığa ağır zərər vurmaya tövsif edərək cəzanı yüngülləşdirib.
Zərərçəkən S.İsmayılov da hakimin bu qərərına etirazını bu formada bildirib.
Prokuror isə V.Əhmədovun 17 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
***
S.İsmayılov polis əməkdaşları tərəfindən saxlanılaraq 22-ci PoLis Bölməsinə aparılıb. (qafqaz.info)
www.yenicag.az