!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda koronavirusa yoluxmanın ən çox qeydə alındığı rayonlar - SİYAHI / FOTO

!Reklam – Yazi

Paytaxt üzrə koronavirus (COVID-19) infeksiyasına yoluxma göstəriciləri açıqlanıb.

Yenicag.az xəbər verir ki, bu barədə məlumat koronavirusinfo.az saytında yerləşdirilib.

Belə ki, statistik göstəricilərə görə, paytaxt üzrə qeydə alınan yoluxma hallarının 15 faizi Binəqədi rayonunun payına düşür.

Ardıcıllığa əsasən, yoluxma hallarına görə ikinci yerdə 13,1 % ilə Xətai rayonu qərarlaşır.

Digər rayonlar üzrə isə Yasamalda 12,2 %, Sabunçuda 10,8 %, Suraxanıda və Nərimanov rayonlarında 8,2 %, Nəsimidə 7,8 %, Nizamidə 7 %, Xəzərdə 6,9 %, Qaradağda 5,3 %, Səbaildə 5 %, Pirallahıda isə 0,5 % yoluxma halı qeydə alınıb.

Qeyd edək ki, ölkəmizdə koronavirusa yoluxma hallarının 52,3 %-i Bakı şəhərində qeydə alınıb.

www.yenicag.az

413
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv