Bakıda kütləvi dava
Bakıdakı “909” adlı kafesə kütləvi dava düşüb.
Məlumata görə, insident 3 dekabrda gecə baş verib.
Binəqədi rayon Polis İdarəsi hadisənin saat 20.00-da baş verdiyini bildirib. Binəqədi şossesi 54 ünvanında yerləşən kafenin müştərisi 1981-ci il təvəllüdlü Ağayev Nurlan Vaqif oğlu və onun üç yoldaşı arasında münaqişə yaşanıb.
Gecə saatları olmasa da, kafe sərxoşlarla dolu olub. Gənclər elə qızışıblar ki, hətta kafenin administratoru 1980-cı il təvəllüdlü Rüstəmov Səməndər Nihat oğlunu və musiqiçiləri döyüblər.
Bundan əlavə, onlar musiqi alətlərini də sındırıblar. Gözləri görməyən sintezatorçu da öz payını alıb. Sərxoş gənclər onun sintezatorunu sındırıblar.
Binəqədi payon 4-cü Polis Bölməsindən verilən məlumata görə, faktla bağlı hələki saxlanılanlar yoxdur. Xuliqanların izahatları alındıqdan sonra sərbəst buraxılıblar.
Dindirilənlərdən biri “Bəs musiqiçiləri niyə döymüsüz?” sualına belə cavab verib: “Onlar xaric çalırdılar”.
Əslində isə, onlar davanın səbəbini xatırlamadıqlarını bildiriblər. Onların sərxoş olduqlarını nəzərə alsaq, bu hal qəribə deyil… (anspress.com)