Bakıda məşhur restoranda yanğın

media-hightechnic-468x90

Bakının Binəqədi rayonunda yanğın baş verib.

Yenicag.az xəbər verir ki, hadisə Biləcəri dairəsi yaxınlığında, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısındakı “Qoşa çinar” restoranında qeydə alınıb. Yanğın restoranın manqal üçün nəzərdə tutulan tüstü bacasında başlayıb. Yanğının sahəsi genişləndiyindən restoranın elektrik enerjisi dayandırılıb.

Hadisə yerinə FHN-in 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğın qısa zamanda söndürülüb, alovların ətraf əraziyə keçməsinin qarşısı alınıb.

Hadisənin dəqiq səbəbləri araşdırılır.

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa