Bakıda özünü asan məmurla bağlı açıqlama
Nizami rayonunda intihar hadisəsi baş verib.
Rayonun Qafqaz küçəsində əslən Naxçıvandan olan, 3 uşaq atası Zeynalov Aslan Valeh oğlu özünü asıb.
Yaxınları onun cəsədini yaşadığı evin zirzəmisindən tapıblar.
A.Zeynalov Nizami Rayon İcra Hakimiyyətində küçə-yol şəbəkəsinin təmizlənməsi şöbəsinin müdiri olub.
Məsələ ilə bağlı Nizami Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyətindən verilən məlumatda bildirilib ki, onlarda nə küçə-yol şəbəkəsinin təmizlənməsi şöbəsi var, nə də belə bir adam işləyir(vesti.az).
Bakının Nizami Rayon İcra Hakimiyyətinin işçisi Aslan Valeh oğlu Zeynalovun intiharı ilə bağlı yeni məlumat yayılıb.
Onun İcra Hakimiyyətində şöbə müdiri işlədiyi bildirilsə də, onun fəhlə olduğu və kasıbçılıqdan intihar etdiyi məlum olub. Araşdırmalar zamanı onun cibindən məktub tapılıb.
“Mən sizə yaxşı ata ola bilmədim. Hər şeyi ananıza danışmışam. Sizdən halallıq istəyirəm. Məni bağışlayın. Əlvida!”, – deyə məktubda qeyd olunub (ans).