“Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxt yollarında quraşdırılmış videomüşahidə kameraları vasitəsilə piyadaların iştirakı ilə baş verən, xəsarət və ölümlə nəticələnən bir sıra yol-nəqliyyat hadisələrini qeydiyyata alır”.
Yenicag.az xəbər verir ki, bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin rəsmisi Rauf Mirqulamov məlumat verib.
O bildirilib ki, aparılan müşahidələrə əsasən, hadisələrin başlıca səbəbi piyadaların məsuliyyətsiz davranaraq yolun hərəkət hissəsini onlar üçün nəzərdə tutulmayan yerlərdən keçmələri və nizamlanan piyada keçidlərində svetoforun onlar üçün qadağanedici işarəsində hərəkət etmələridir:
“Sutkanın müxtəlif vaxtlarında piyadaların iştirakı ilə baş vermiş qəzalar digər nəqliyyat vasitələrinin sərbəst və fasiləsiz hərəkət etməsinə mane yaradaraq yollarda sıxlığa səbəb olur.
Belə hadisələrin baş verməməsi üçün Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi bir daha piyadaları, eləcə də sürücüləri “Yol hərəkəti haqqında” Qanunun tələblərinə, təhlükəsizliyi təmin edən qaydalara riayət etməyə çağırır”.
Bakıda piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin görüntülərini təqdim edirik:
www.yenicag.az