Bakıda qadın namaz qılarkən qətlə yetirildi - TƏFƏRRÜAT / VİDEO

media-hightechnic-468x90

48 yaşlı Lamiyə Məmmədova namaz qıldığı yerdə qətlə yetirilib. Hadisə Xəzər rayonu, Binə qəsəbəsində baş verib.

media-banner_tkm

Ehtimal olunur ki, qadın həyat yoldaşı Ramil Məmmədov tərəfindən qətlə yetirilib.

Onun dəmir əşya ilə başından bir neçə dəfə vurulduğu, daha sonra barmaqlarının sındırıldığı deyilir.

“Gecə saat 00-a qalmışdı, bir də eşitdim ki, çığır-bağır səsləri gəlir. Polis gəlmişdi. Nə baş verdiyini soruşanda, dedilər ki, kişi həyat yoldaşını dəmirlə vurub, sonra da qaçıb gedib. Yeniyetmə oğulları var. Anasının meyitini görüb, şokda idi”, – deyə mərhumun qonşusu bildirib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı, 1979-cu il təvəllüdlü Ramil Məmmədov Gürcüstan Respublikasında saxlanılıb. Onun Azərbaycana ekstradisiyası üçün tədbirlər görülür.

Faktla bağlı cinayət işi başlanıb.

Ətraflı Baku TV-nin süjetində:

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05