Bakıda qadın özünü 9-cu mərtəbədən atdı

media-hightechnic-468x90

86456Bakının Suraxanı rayonunda qadın özünü yaşadığı binadan atıb.

Suraxanı rayon Polis İdarəsi 30-cu polis bölməsinin müstəntiqi Xaliq Məmmədovun  verdiyi məlumata görə, Hövsan qəsəbəsində bir nəfərin hündürlükdən yıxılması barədə məlumat daxil olub.

Daxil olan məlumata əsasən hadisə yerinə gedən polis əməkdaşları bir qadının 9-cu mərtəbədən yıxıldığı müəyyən ediblər.

İlkin məlumatlara görə, qadın intihar edib. Lakin qadının kimliyi və hadisənin baş vermə səbəbləri araşdırmalardan sonra məlum olacaq.

Faktla bağlı araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600